2001-ci ildə yaradılmış Bakı Hüquq Mərkəzi (BHM) Azərbaycandakı ən böyük və aparıcı hüquq şirkətlərindən biridir. Şirkətin Bakıda yerləşən baş ofisdən əlavə Qazaxıstanın Aktau şəhərində “BHM Consulting Law Company” adlı törəmə müəssisəsi də fəaliyyət göstərir. BHM istər yerli, istərsə də əcnəbi fiziki və hüquqi şəxslərə Azərbaycanın istənilən yerində yüksək keyfiyyətli hüquqi xidmətlərin geniş spektrini təklif edir.
Şirkətlərə və fərdi müştərilərə ölkə daxilində hüquqi xidmətlər göstərməklə yanaşı, BHM həm beynəlxalq səviyyəli hüquqi tədbirlərdə iştirak etməklə, həm də MDB və Avropanın aparıcı şirkətlərilə sıx işgüzar münasibətlər yaratmaqla, beynəlxalq arenaya çıxmağa nail olmuşdur. 2009-cu ilin oktyabrında biz Avstriyanın aparıcı hüquq şirkəti Lansky, Ganzger & Partner (www.lgp-lawyers.com) ilə birgə fəaliyyət haqqında sazış imzaladıq və bir yerdə Azərbaycan və Mərkəzi Asiyada bizneslə məşğul olmaq istəyən xarici investorların regional bazarlara daha asan daxil olmasını və rahat fəaliyyət göstərməsini təmin etmək məqsədilə onları biznes mühiti və reallıqları barədə zəruri məlumat və xidmətlərlə təmin edirik. Biz həmçinin Lansky, Ganzger & Partner şirkətindəki partnyorlarımız tərəfindən yaradılan Avstriya Azərbaycan Ticarət Palatasının (ATAZ) üzvüyük.
Bundan əlavə, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan müştərilərimizə daha yaxşı xidmət göstərə bilmək üçün Rusiyanın qabaqcıl hüquq şirkəti Pepeliaev Group ilə də sıx əməkdaşlıq edirik.
BHM-in yüksək ixtisaslı, milli qanunvericiliyi və beynəlxalq hüququ dərindən bilən, müxtəlif dillərdə sərbəst danışan əməkdaşları sizin problemləriniz üçün ən səmərəli həll yollarını tapmaqla biznesinizin düzgün inkişafını təmin edəcək. Şirkətimizin beş əməkdaşı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
BHM çox sayda aparıcı yerli və beynəlxalq şirkətləri, xüsusilə bankları, tikinti şirkətlərini, enerji və telekommunikasiya sahəsində fəaliyyət göstərən iri müəssisələri təmsil edir və onlara hüquqi xidmət göstərir. Eyni zamanda öz müştərilərimizi həm Azərbaycan Respublikası məhkəmələrinin bütün instansiyalarında, həm də mübahislərin alternativ üsullarla həlli prosesində yüksək səviyyədə təmsil edirik. BHM həm də Azərbaycan Françayzinq Assosiasiyasının təsisçilərindən biridir.