Daim inkişaf edən BHM Bakı Hüquq Mərkəzi həmişə istedadlı, bilik və bacarıqlara malik gənc hüquqşünasların axtarışındadır. Biz, sizə beynəlxalq əlaqələri olan aparıcı yerli hüquq şirkətinin bir hissəsi olmaq imkanı yaradırıq. Biz xüsusilə korporativ hüquq sahəsində, həmçinin bank və maliyyə hüququ sahəsində təcrübəsi olan hüquqşünaslar axtarırıq. İngilis dilini və ya digər xarici dil bilənlərə üstünlük verilir.
Əgər BHM Bakı Hüquq Mərkəzində işləmək üçün tələb olunan bilik və bacarıqlara, həmçinin təcrübəyə malik olduğunuzu hesab edirsinizsə, CV-nizi və niyyət məktubunuzu office@bhm.az ünvanına göndərməyinizi xahiş edirik.