AZ RU EN
ƏQLİ MÜLKİYYƏT VƏ İNFORMASİYA & KOMMUNİKASİYA TEXNOLOGİYALARI»

 

Şirkətimiz əqli mülkiyyətin fərqli xüsusiyyətlərini anlayır və müəllif hüquqlarının, ticarət və əmtəə nişanlarının, patentlərin qeydiyyatı, idarə olunması və müdafiəsi də daxil olmaqla əqli mülkiyyət hüquqları ilə bağlı müxtəlif hüquqi xidmətlər təklif edir. BHM əqli mülkiyyət hüquqlarını pozan məhsullar və saxta mallarla bağlı hüquqi mübarizədə də şirkətlərə kömək edir. 
Hüquqşünaslarımız informasiya və kommunikasiya texnologiyaları sektorunun və sektor daxilindəki hər bir sahənin (texnologiya, media və telekommunikasiya) texniki aspektlərini və mürəkkəbliyini başa düşür və bu sektordakı şirkətlərə yüksək keyfiyyətli hüquqi xidmət göstərir. Təsadüfi deyil ki, Azərbaycanın iri mobil operatoru, aparıcı televiziya kanallarından biri və beynəlxalq reklam agentliyi bizim daimi müştərilərimiz sırasındadır.
  • Ünvan:
  • Bakı, Füzuli (keçmiş Basin)
  • str. 49, "SKS" Plaza, 7-ci mərtəbə
  •  
  • Telefon/Fax:
  • +994 12 492 28 83
  • +994 12 492 03 57
  • +994 12 447 42 71
  •  
  •  
  • Sualınız var? »